Ekspert: Neft hasil edən ölkələr COP-a ev sahibliyi etməklə dayanıqlılığa sadiqlik nümayiş etdirirlər

Ekspert: Neft hasil edən ölkələr COP-a ev sahibliyi etməklə dayanıqlılığa sadiqlik nümayiş etdirirlər BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (COP) sessiyaları iqlim dəyişikliyinin təsirlərini minimuma endirməyə yönəlmiş kritik qərarları müzakirə etmək üçün maraqlı tərəflərin necə bir araya gəlməli olduqlarının gözəl nümunəsidir.
COP29
29 Aprel , 2024 15:01
Ekspert: Neft hasil edən ölkələr COP-a ev sahibliyi etməklə dayanıqlılığa sadiqlik nümayiş etdirirlər

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının sessiyaları iqlim dəyişikliyinin təsirlərini minimuma endirməyə yönəlmiş kritik qərarları müzakirə etmək üçün maraqlı tərəflərin necə bir araya gəlməli olduqlarının gözəl nümunəsidir.

Bunu "Report"a açıqlamasında Atlantik Şurasının elmi işçisi Əli Fakih noyabrda Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) əhəmiyyətinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, bu cür tədbirlərin keçirilməsinin zəruriliyi qlobal iqlim böhranının kəskinləşməsi ilə vurğulanır.

Ə.Fakih hesab edir ki, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Azərbaycan kimi neft və qazla zəngin ölkələrdə COP sessiyalarının keçirilməsi tendensiyası onların ekoloji davamlılığa sadiqlik nümayiş etdirmək istəyi ilə bağlı ola bilər: “Bu, həmçinin enerji qarışığı və ya qalıq yanacaqlardan bərpa olunan mənbələrə keçid haqqında dialoqa girmək üçün strateji addım ola bilər”.

O qeyd edib ki, qısa və ortamüddətli perspektivdə bərpa olunan enerji mənbələrinə tam keçid mümkün olmasa da, innovasiyalar bu prosesi xeyli sürətləndirə bilər: “Hazırda ətraf mühit üçün ən böyük təhdidlərdən biri ilk növbədə qalıq yanacaqların yandırılması nəticəsində yaranan istixana qazları emissiyasıdır”.

Alimin fikrincə, bu problemin həlli qlobal miqyasda bərpa olunan enerji mənbələrinə keçidi, eləcə də sənayedə ekoloji dayanıqlılığa uyğun texnologiyaların tətbiqini tələb edir: “Bu dəyişiklikləri dəstəkləyən qanunvericilik və siyasətlər də maraqlı ölkələr arasında tərəqqinin müsbət stimullaşdırılmasında mühüm əhəmiyyət kəsb edir”.

Son xəbərlər

Orphus sistemi