Türkiyədə miqrantlara qarşı nifrət cinayətlərinə qarşı ciddi tədbirlər görüləcək

Türkiyədə miqrantlara qarşı nifrət cinayətlərinə qarşı ciddi tədbirlər görüləcək Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə nifrət zəminində cinayətlərə, xüsusən qaçqınlara qarşı qətiyyətli tədbirlər görmək niyyətində olduğunu açıqlayıb.
Region
7 May , 2024 02:20
Türkiyədə miqrantlara qarşı nifrət cinayətlərinə qarşı ciddi tədbirlər görüləcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə nifrət zəminində, xüsusən də qaçqınlara qarşı münasibətdə cinayətlərə qarşı tədbirlər görmək niyyətində olduğunu açıqlayıb.

"Report" bu barədə "TRT Haber" telekanalına istinadən xəbər verir.

“Təəssüf ki, müxalif dairələr bir sıra bəyanatları və hərəkətləri ilə radikal faşizmə doğru sürüklənirlər. Oxşar düşüncə son zamanlar ortaya çıxan ərəb allergiyasının arxasındadır. Onları Türkiyə maraqlandırmır. Vətənpərvərlik ölkəmizə sığınan məzlumları təqib etmir, ayrıseçkilik etmir və xarici turistlərin, tələbələrin nifrət obyektinə çevrilmir. 2023-cü ildə illik gəliri 54,3 milyard dollar təşkil edən iqtisadiyyatımızın lokomotivi olan turizm sənayesini pozmağa imkan verməyəcəyik. Nifrət cinayətləri ilə mübarizə üçün daha qətiyyətli və məhdudlaşdırıcı addımlar atacağıq", - Türkiyə lideri Ankarada Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciətində deyib.

Son xəbərlər

Orphus sistemi