Türkiyənin xüsusi xidmət orqanları 30 nəfəri İŞİD terror qruplaşması ilə əlaqədə şübhəli bilərək saxlayıb.
"Report"un məlumatına görə, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya bildirib.
“İŞİD terror qruplaşmasına qarşı 7 əyalətdə həyata keçirilən əməliyyatlar çərçivəsində 30 nəfər saxlanılıb”, - nazir “X” sosial şəbəkəsində yazıb.