Britaniya Rusiyanın hərbi attaşesini ölkədən çıxarır

Britaniya Rusiyanın hərbi attaşesini ölkədən çıxarır Böyük Britaniya Rusiyanın hərbi attaşesini ölkədən çıxarılacağını elan edib.
Digər ölkələr
8 May , 2024 16:31
Britaniya Rusiyanın hərbi attaşesini ölkədən çıxarır

Böyük Britaniya Rusiyanın hərbi attaşesinin ölkədən çıxarılacağını elan edib.

“Report” xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Bildirilib ki, bundan başqa, Britaniya hakimiyyəti bəzi mülkləri diplomatik statusdan məhrum etmək qərarına gəlib.

Daxili işlər naziri Ceyms Kleverli bu addımı Rusiyanın krallıqdakı zərərli fəaliyyətinə cavab kimi izah edib.

Üstəlik, Böyük Britaniyanın Daxili İşlər Nazirliyi rusiyalıların diplomatik viza almasına yeni məhdudiyyətlər tətbiq etdiyini açıqlayıb.

Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova artıq Londona adekvat cavab veriləcəyini deyib.

Son xəbərlər

Orphus sistemi