Xaçmazda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - YENİLƏNİB-2

Xaçmazda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - YENİLƏNİB-2 Beyləqan rayonunun Şəfəq qəsəbəsində yerləşən "Peyğəmbərlik" qəbiristanlığında naməlum şəhid kimi dəfn edilmiş, Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Elşad Şirin oğlu Qayımovun meyitinin qalıqları Xaçmaz rayonuna gətirilib.
Daxili siyasət
7 May , 2024 14:52
Xaçmazda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - YENİLƏNİB-2

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhid Elşad Şirin oğlu Qayımovla Xaçmaz rayonunun Hacıqurbanoba kəndində keçirilən vida mərasimi başa çatıb.

"Report"un Şimal bürosunun məlumatına görə, şəhidin nəşi Hacıqurbanoba kənd qəbiristanlığında dəfn olunub.

Dəfn mərasimində şəhidin doğmaları, Xaçmaz Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

14:25

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhid Elşad Şirin oğlu Qayımovla Xaçmaz rayonunun Hacıqurbanoba kəndində keçirilən vida mərasimi başa çatıb.

“Report”un Şimal bürosunun məlumatına görə, şəhidin nəşi dəfn olunmaq üçün Hacıqurbanoba kənd qəbiristanlığına aparılır.

14:03

Beyləqan rayonunun Şəfəq qəsəbəsində yerləşən "Peyğəmbərlik" qəbiristanlığında naməlum şəhid kimi dəfn edilmiş, Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Elşad Şirin oğlu Qayımovun meyitinin qalıqları Xaçmaz rayonuna gətirilib.

“Report”un Şimal bürosunun məlumatına görə, şəhidin nəşi rayonun Hacıqurbanoba kəndində ailəsinə təhvil verilib.

Hazırda kənddə şəhidlə vida mərasimi keçirilir.

E.Qayımov mayın 7-də Hacıqurbanoba kənd qəbiristanlığında dəfn olunacaq.

Xatırladaq ki, E.Qayımov 1974-cü il yanvarın 8-də Xaçmaz rayonunun Hacıqurbanoba kəndində doğulub. 1992-ci ildə hərbi xidmətə yollanıb. Qəhrəman döyüşçü 1994-cü il fevralın 19-da şəhidlik zirvəsinə ucalıb.

Son xəbərlər

Orphus sistemi