PSJ 12-ci dəfə Fransa çempionu olub

PSJ 12-ci dəfə Fransa çempionu olub PSJ 2023/24-cü illər mövsümündə Fransa çempionatının qalibi olub.
Futbol
29 Aprel , 2024 00:51
PSJ 12-ci dəfə Fransa çempionu olub

PSJ klubu futbol üzrə Fransa çempionatının 2023/2024 mövsümünün qalibi olub.

“Report” xəbər verir ki, bu, turnir cədvəlində ikinci olan "Monako"nun XXXI turun matçında "Lion"a 2:3 hesabı ilə uduzmasından sonra mümkün olub.

Beləliklə, bütün izləyiciləri hesabında 70 xal olan PSJ-yə çatmaq imkanlarını itiriblər. "Monako" turnir cədvəlində 58 xalla ikincidir. Fransa çempionatının gümüş medalları uğrunda "Brest" (56), "Lill" (55) və "Nitsa" (51) da mübarizə aparırlar.

Luis Enrikenin rəhbərlik etdiyi Paris klubu ardıcıl üçüncü dəfə ölkə çempionatını qazanıb. PSJ-nin hesabında milli çempionatda ümumilikdə 12 qələbə var.

Xatırladaq ki, PSJ ötən mövsüm də Fransa çempionu olmuşdu.

PSJ cari mövsümün Çempionlar Liqasında da mübarizəni davam etdirir. Paris komandası 1/4 finalda iki oyunun yekununa görə "Barselona"nı (6:4) məğlub edib. Komanda yarımfinalda "Borussiya" (Dortmund) ilə mübarizə aparacaq. İlk oyun mayın 1-də, cavab görüşü isə 7-də keçiriləcək.

Son xəbərlər

Orphus sistemi