“Danışaq?” layihəsinin növbəti qonağı əməkdar artist Səbinə Babayeva olub

“Danışaq?” layihəsinin növbəti qonağı əməkdar artist Səbinə Babayeva olub Jurnalist Həmid Həmidov “Danışaq?” layihəsinin yeni buraxılışının qonağı məşhur müğənni, Azərbaycanın əməkdar artisti Səbinə Babayeva olub.
Şou-biznes
3 May , 2024 17:39
“Danışaq?” layihəsinin növbəti qonağı əməkdar artist Səbinə Babayeva olub

Jurnalist Həmid Həmidovun “Danışaq?” layihəsinin yeni buraxılışının qonağı məşhur müğənni, Azərbaycanın əməkdar artisti Səbinə Babayeva olub.

“Report” xəbər verir ki, jurnalistlə yanaşı digər aparıcılar, həmkarları - Seymur Zəkəryayev və Feliks Vişnevetski olub.

Verilişdə Azərbaycan şou-biznesinin hazırkı vəziyyətindən, Səbinə Babayevanın hazırda necə qazanmasından, Rusiya şou-biznesinə girə bilməməsindən və s. məsələlərdən danışıblar.

S.Babayeva Azərbaycan təmsilçilərinin “Eurovision 2024” müsabiqəsindəki mahnısı ilə bağlı fikirlərini bölüşüb və musiqi müsabiqəsindəki öz çıxışını xatırladıb.

Son xəbərlər

Orphus sistemi