“Real” İspaniya çempionu olub

“Real” İspaniya çempionu olub "Real Madrid" İspaniya La Liqasında 2023/2024-cü illər mövsümünün qalibi olub.
Futbol
4 May , 2024 23:17
“Real” İspaniya çempionu olub

"Real" İspaniya La Liqasında 2023/2024 mövsümünün qalibi olub.

“Report”un xəbərinə görə, Madrid təmsilçisi doğma meydanda "Kadis" klubuna 3 cavabsız qolla qalib gəlib.

"Kral klubu" "Barselona"nın səfərdə "Jirona"ya uduzmasından (2:4) sonra qızıl medalları rəsmiləşdirib.

“Real” bununla 36-cı dəfə İspaniya çempionu olub.

Turnir cədvəlində birinci olan "Real"ın 87 xalı var. İkinci sırada "Jirona" (74 xal), üçüncü yerdə "Barselona" (73 xal) qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi