Premyer Liqa: "Zirə" səfərdə "Turan Tovuz"a qalib gəlib

Premyer Liqa: "Zirə" səfərdə "Turan Tovuz"a qalib gəlib XXXIII turun daha bir oyunu keçirilib
Futbol
5 May , 2024 18:32
Premyer Liqa: Zirə səfərdə Turan Tovuza qalib gəlib

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXXIII turun daha bir oyunu keçirilib.

"Report"un məlumatına görə, günün ilk matçında "Zirə" "Turan Tovuz"un qonağı olub.

Qarşılaşma paytaxt klubunun qələbəsi ilə bitib – 2:1. "Qartallar"da 14-cü dəqiqədə Salifu Suma, 70-ci dəqiqədə Sezar Meza Kolli fərqlənib.

Meydan sahiblərində Fərid Nəbiyev 52-ci dəqiqədə adını tabloya yazdırıb. 90+8-ci dəqiqədə Roderik Miller birbaşa qırmızı vərəqə alaraq "Turan Tovuz"u azlıqda qoyub.

Bu nəticədən sonra xallarının sayını 52-yə çatdıran "Zirə" ikinci pilləyə yüksəlib. Tovuz təmsilçisi 42 xalla yeddincidir.

Bu gün "Araz-Naxçıvan" – "Sabah" görüşü də təşkil olunacaq.

Qeyd edək ki, ötən gün "Sumqayıt" "Kəpəz"lə heç-heçə edib – 1:1. "Qarabağ" isə "Neftçi"ni beş cavabsız qolla üstələyib. Tura mayın 6-da "Səbail" – "Qəbələ" oyunu ilə yekun vurulacaq.

Son xəbərlər

Orphus sistemi