Fərid Qayıbov: "Bakı Marafonu 2024"də finiş xəttinə çatanlar ötənilkindən çoxdur

Fərid Qayıbov: "Bakı Marafonu 2024"də finiş xəttinə çatanlar ötənilkindən çoxdur "Bakı Marafon 2024"də beynəlxalq yarış statusu vermək olar.
Fərdi
5 May , 2024 13:32
Fərid Qayıbov: Bakı Marafonu 2024də finiş xəttinə çatanlar ötənilkindən çoxdur

"Bakı Marafon 2024"də finiş xəttinə çatanlar ötənilkindən çoxdur.

"Report"un məlumatına görə, bunu gənclər və idman naziri Fərid Qayıbov "Bakı Marafonu 2024" barədə jurnalistlərə açıqlamasında deyib.

O, ildən-ilə yarış iştirakçılarının artmasının sevindirici hal olduğunu söyləyib: "Finiş xəttinə çatanlar ötənilkindən çoxdur. Bu o deməkdir ki, ölkəmizdə idmana maraq artmaqdadır. Hər il Gənclər və İdman Nazirliyi, həmçinin Azərbaycan Atletik Federasiyası tərəfindən qaçış yarışları təşkil edilir. Bu marafonun beynəlxalq yarış statusu var. Çünki dünyanın bir neçə ölkəsindən idmançılar qatılıb. Mən marafona artıq 3-cü dəfədir qatılıram. Ötən il 20, bu dəfə 9 dəqiqə daha tez finiş xəttinə çatdım".

Son xəbərlər

Orphus sistemi