Qəbələdəki Cotari kilsəsində Pasxa bayramı qeyd edilib - YENİLƏNİB

Qəbələdəki Cotari kilsəsində Pasxa bayramı qeyd edilib - YENİLƏNİB Bu gün Qəbələ rayonunun Nic qəsəbəsində Pasxa bayramı təntənəli şəkildə qeyd olunur.
Din
5 May , 2024 12:20
Qəbələdəki Cotari kilsəsində Pasxa bayramı qeyd edilib - YENİLƏNİB

Qəbələnin Nic qəsəbəsində Pasxa bayramı münasibətilə Cotari kilsəsinin qarşısında konsert proqramı təşkil olunub.

“Report”un Qəbələyə ezam olunmuş əməkdaşı xəbər verir ki, tədbirdə azərbaycanlı müğənnilər Azərbaycanın milli musiqilərini ifa ediblər.

Tədbirdə, eyni zamanda Azərbaycanın Vətən müharibəsində şəhid olmuş əsgərlərin xatirəsinə həsr olunmuş şeirlər səsləndiriblər.

11:50

Bu gün Qəbələ rayonunun Nic qəsəbəsində Pasxa bayramı təntənəli şəkildə qeyd olunur.

“Report”un Qəbələ rayonunun Nic qəsəbəsinə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bayram tədbiri Müqəddəs Yelisey adına Cotari kilsəsində baş tutub.

Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Alban-Udi, yəhudi, xristian, müsəlman icmalarının nümayəndələri iştirak ediblər.

Din adamları Pasxa bayramı ilə əlaqədar ayinlər keçirib, dualar oxuyublar. Onlar ibadətlərini və dini bayramlarını keçirmələri üçün yaradılan şəraitdən məmnunluqlarını ifadə edib, Azərbaycan dövlətinə təşəkkür ediblər.

Qeyd edək ki, Pasxa bayramı ilə əlaqədar gün ərzində insanların Cotari kilsəsinə axını davam edir.

Son xəbərlər

Orphus sistemi