Nazir müavini: Ağdamın zəngin mədəni irsi dağıdılıb, talan edilib və oğurlanıb

Nazir müavini: Ağdamın zəngin mədəni irsi dağıdılıb, talan edilib və oğurlanıb 30 illik işğal ərzində Ağdamın zəngin mədəni irsi dağıdılıb, talan edilib və oğurlanıb. Hazırda bura xarabalıqlar şəhəridir.
Daxili siyasət
3 May , 2024 12:42
Nazir müavini: Ağdamın zəngin mədəni irsi dağıdılıb, talan edilib və oğurlanıb

30 illik işğal ərzində Ağdamın zəngin mədəni irsi dağıdılıb, talan edilib və oğurlanıb. Hazırda bura xarabalıqlar şəhəridir.

"Report" xəbər verir ki, bunu mədəniyyət nazirinin müavini Fərid Cəfərov VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Ağdamda keçirilən "Minaların və partlamamış hərbi sursatların mədəni mülkiyyətə təsiri" mövzusunda keçirilən xüsusi sessiyada deyib.

O qeyd edib ki, Prezident İlham Əliyevin tapşırığı ilə Ağdam şəhəri yüksək standartlara uyğun şəkildə bərpa edilir.

Nazir müavini minaların mədəni irsə təsirindən danışarkən xatırladıb ki, UNESCO-nun bununla bağlı xüsusi konvensiyası var:

"Rəsmi rəqəmlərə görə dünya üzrə 110 milyondan çox mina quraşdırılıb. Azərbaycan isə mina problemi ilə bağlı əziyyət çəkən ölkələr siyahısında öndədir. Təkcə Ağdamda 1,5 milyona yaxın mina quraşdırılıb”.

Son xəbərlər

Orphus sistemi