Kelli Qallaher: "İqlim maliyyələşdirilməsi üçün yeni həll yolları axtarılmalıdır"

Kelli Qallaher: "İqlim maliyyələşdirilməsi üçün yeni həll yolları axtarılmalıdır" İqlim dəyişikliyinə qarşı mübarizə sahəsinin maliyyələşdirilməsi üçün yeni, kreativ həll yolları axtarılmalıdır.
COP29
3 May , 2024 18:57
Kelli Qallaher: İqlim maliyyələşdirilməsi üçün yeni həll yolları axtarılmalıdır

İqlim dəyişikliyinə qarşı mübarizə sahəsinin maliyyələşdirilməsi üçün yeni, kreativ həll yolları axtarılmalıdır.

"Report"un Tbilisiyə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bunu Fletçer məktəbinin (Tafts Universiteti) enerji və ekoloji siyasəti üzrə professoru Kelli Sims Qallaher Gürcüstanın paytaxtında keçirilən Bankın 57-ci illik toplantısı çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

“Qarşıdan gələn COP29-da ilk növbədə iqlim dəyişikliyi ilə mübarizənin maliyyələşdirilməsi məsələsi müzakirə ediləcək. Ona görə də yeni kollektiv kəmiyyət məqsədləri ilə bağlı müsbət qərara gəlməyimizə əmin olmaq üçün Azərbaycanın ev sahibi ölkə kimi çox mühüm rolu var”, - professor bildirib.

Onun sözlərinə görə, bu mənada iqlim problemlərinə qarşı mübarizəni maliyyələşdirmək üçün yeni vasitələr axtarmaq vacibdir: “Beləliklə, söhbət təkcə mövcud fondların fəaliyyət göstərməsindən deyil, həm də onların qlobal maliyyələşdirməyə necə töhfə verə biləcəyindən gedir. Buna təkcə yeni kəmiyyət hədəfləri müəyyən etməklə deyil, həm də milli səviyyədə müəyyən edilmiş maliyyə töhfələri (NDCs) vasitəsilə nail olmaq olar”.

Son xəbərlər

Orphus sistemi