​Əli Həsənov: “Gənclər siyasəti üzrə I Qlobal Forumun Bakıda keçirilməsi böyük əhəmiyyətə malikdir”

​Əli Həsənov: “Gənclər siyasəti üzrə I Qlobal Forumun Bakıda keçirilməsi böyük əhəmiyyətə malikdir” “Forum Azərbaycan gənclərinin dünya gəncləri sırasına daha sıx inteqrasiyasına dəstək verəcək”
Xarici siyasət
28 Oktyabr , 2014 13:59
​Əli Həsənov: “Gənclər siyasəti üzrə I Qlobal Forumun Bakıda keçirilməsi böyük əhəmiyyətə malikdir”

Bakı. 28 oktyabr. REPORT.AZ/ “Bakıdakı Gənclər siyasəti üzrə I Qlobal Forumun keçirilməsini təmin edən əsas amillərdən biri Azərbaycanda uğurlu siyasət aparılmasıdır. Hesab edirəm ki, Forum Azərbaycan gənclərinin dünya gəncləri sırasına daha sıx inteqrasiyasına dəstək verəcək, gənclər siyasətinin inkişaf etdirilməsində mühüm amilə çevriləcək”. “Report”un xəbərinə görə, bunu Azərbaycan Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov jurnalistlərə müsahibəsində deyib.

Ə.Həsənov vurğulayıb ki, bu Forumun Bakıda keçirilməsi böyük əhəmiyyətə malikdir.

“Forumda dünya və Azərbaycan gənclərinin problemləri müzakirə olunacaq, yekun sənəd qəbul ediləcək. Tədbirin Bakıda keçirilməsi 20 ildə Azərbaycanda reallaşdırılan davamlı və səmərəli gənclər siyasətinə verilən qiymətin göstəricisidir”.

Qeyd edək ki, bu gün Heydər Əliyev Mərkəzində Gənclər siyasəti üzrə I Qlobal Forum işinə başlayıb.

Son xəbərlər

Orphus sistemi