Ziyafət Əsgərov: Fransa, sənin 17 min kilometr uzaqda yerləşən Polineziyada nə işin var?

Ziyafət Əsgərov: Fransa, sənin 17 min kilometr uzaqda yerləşən Polineziyada nə işin var? Fransa sənin 17 min kilometr uzaqda yerləşən Polineziyada nə işin var?
Xarici siyasət
30 May , 2024 16:21
Ziyafət Əsgərov: Fransa, sənin 17 min kilometr uzaqda yerləşən Polineziyada nə işin var?
Ziyafət Əsgərov

Fransa, sənin 17 min kilometr uzaqda yerləşən Polineziyada nə işin var?

“Report” xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov mayın 30-da parlamentdə keçirilən "Fransız Polineziyasının dekolonizasiya hüququ: çağırışlar və perspektivlər" mövzusunda konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu gün qarşıda duran vəzifələrdən biri də müstəmləkəçiliyə qarşı mübarizədir:

“Fransa ədalət və qardaşlıq kimi ifadələrdən öz niyyətlərini həyata keçirmək üçün istifadə edib. Bu gün Poloneziya ilə Fransa arasında 17 min kilometr məsafə var, axı sənin orada nə işin var? Niyə insanları rahat yaşamağa qoymursan. Biz dünyada müstəmləkəçiliyə qarşı son qoyulması üçün mübarizəni artıq sözdə yox, əməldə də icra etməyə başlamışıq. BMT qətnamələri qəbul olunub, Fransa da BMT Təhlükəsizlik Şurasının üzvüdür, ancaq Polineziya xalqının hüquqlarının tətbiqini bloklayır. Müstəmləkəçiliyin sonu yoxdur, biz də vaxtilə imperiya altında olumuşuq, amma müstəqilliyimizi də qazanmışıq, siz də qazanacaqsınız. Biz müstəmləkəçilikdən əziyyət çəkən ölkələrin yanındayıq”.

Son xəbərlər

Orphus sistemi