Zimbabvenin Prezidenti Azərbaycana işgüzar səfərə gəlib

Zimbabvenin Prezidenti Azərbaycana işgüzar səfərə gəlib Bakı. 18 yanvar. REPORT.AZ/ Zimbabve Respublikasının Prezidenti Emmerson Mnanqaqva yanvarın 18-də Azərbaycan Respublikasına işgüzar səfərə gəlib.
Xarici siyasət
18 Yanvar , 2019 18:35
Zimbabvenin Prezidenti Azərbaycana işgüzar səfərə gəlib

Bakı. 18 yanvar. REPORT.AZ/ Zimbabve Respublikasının Prezidenti Emmerson Mnanqaqva yanvarın 18-də Azərbaycan Respublikasına işgüzar səfərə gəlib.

"Report" xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Zimbabve Respublikasının Prezidenti Emmerson Mnanqaqvanı hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Ramiz Həsənov və digər rəsmi şəxslər qarşılayıblar. 

Son xəbərlər

Orphus sistemi