Zeynəb Xanlarova: “Papanın başı olsaydı heç kimə qulaq asmayıb öz bildiyini edərdi”

Zeynəb Xanlarova: “Papanın başı olsaydı heç kimə qulaq asmayıb öz bildiyini edərdi” “Azərbaycanda gedən inkişafı görməmək baxa-baxa kor olmaqdır”
Xarici siyasət
14 Aprel , 2015 12:56
Zeynəb Xanlarova: “Papanın başı olsaydı heç kimə qulaq asmayıb öz bildiyini edərdi”

Bakı. 14 aprel. REPORT.AZ/ “Son zamanlar nə papa-papa salıblar. Hesab edirəm ki, qırxı çıxmış papa haqqında danışmağa dəyməz. Çünki bu adamın yan-yörəsi bizə qarşı olan düşmənlərdir. Onun başı olsaydı heç kimə qulaq asmayıb, öz bildiyini edərdi ”. “Report” xəbər verir ki, bunu deputat, SSRİ-nin və Azərbaycanın xlaq artisti Zeynəb Xanlarova Milli Məclisin bugünkü plenar iclasında çıxışı zamanı deyib.

O, ABŞ səfərindən yeni qayıtdığını xatırladaraq bildirib ki, orada olan sadə insanlarla görüşləri olub: “Hətta Nyu-York şəhərinin meri ilə də görüşdüm. Konsertimə gəlmişdi. O, Azərbaycan haqqında elə danışırdı ki, heç bizim əksər azərbaycanlılarımız o cür danışa bilməzdi. Məhəbbətlə qeyd edirdi ki, ölkəmiz günü-gündən inkişaf edir. Bütün bunları nəzərə alıb deyərdim ki, bəzi insanlar “kor gözləri” ilə bu gözəllikləri görmürlər. Onlara sadəcə söz tapa bilmirəm. Ölkədə gedən inkişafı görməmək baxa-baxa kor olmaqdır”.

Spiker Oqtay Əsədov isə Vatikanda səfərdə olduğunu xatırladaraq deyib ki, orada erməni katalikosunun heykəli var idi: “Onlar katalikosu özlərinin kardinalı sayırlar. Bu, onların siyasətidir. Ermənilərin güclü diasporası var. Təəssüf edirəm ki, Roma Papası düzgün olmayan fikirlər səsləndirib”.

Son xəbərlər

Orphus sistemi