Zəlzələnin onuncu günü: Kahramanmaraşda Azərbaycanın xilasediciləri əməliyyatları davam etdirir

Zəlzələnin onuncu günü: Kahramanmaraşda Azərbaycanın xilasediciləri əməliyyatları davam etdirir Bu gün Türkiyədə baş vermiş zəlzələdən on gün ötür.
Xarici siyasət
15 Fevral , 2023 18:20
Zəlzələnin onuncu günü: Kahramanmaraşda Azərbaycanın xilasediciləri əməliyyatları davam etdirir

Bu gün Türkiyədə baş vermiş zəlzələdən on gün ötür.

"Report"un Türkiyəyə ezam olunmuş əməkdaşının xəbərinə görə, fevralın 15-də təbii fəlakətlə bağlı qardaş ölkəyə gedən Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) bir qrup əməkdaşı hazırda axtarış-xilasetmə əməliyyatlarını davam etdirir.

Hazırda Azərbaycanın xilasediciləri şəhərin müxtəlif yerlərində binaların dağıntıları altında qalmış insanları çıxarmağa çalışırlar.

Bugünədək FHN-in əməkdaşları dağıntılar altından 53 sağ insan, 691 nəfərin isə meyitini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Qeyd edək ki, Türkiyədə baş vermiş təbii fəlakətlə bağlı qardaş ölkəyə gedən Azərbaycan FHN-in 420 əməkdaşı fevralın 7-də axtarış-xilasetmə əməliyyatlarına cəlb edilib. Hazırda isə Kahramanmaraşda FHN-in 760 nəfər şəxsi heyəti fəaliyyət göstərir.

Son xəbərlər

Orphus sistemi