Zakir Qaralov Tacikistanın Azərbaycandakı səfiri ilə görüşüb

Zakir Qaralov Tacikistanın Azərbaycandakı səfiri ilə görüşüb Görüşdə hüquqi əlaqələr və əməkdaşlıq, ekstradisiya və s. məsələlər ətrafında fikir mübadiləsi aparılıb
Xarici siyasət
26 Oktyabr , 2017 20:54
Zakir Qaralov Tacikistanın Azərbaycandakı səfiri ilə görüşüb

Bakı. 26 oktyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov Tacikistan Respublikasının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Rustam Soliyevlə görüşüb.

Qurumun Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, görüşdə dost və qardaş ölkələrimiz arasında bütün sahələrdə, o cümlədən hüquqi əlaqələrin uğurla inkişaf etdiyi məmnunluqla vurğulanıb. Baş prokuror bildirib ki, hər iki dövlətin prezidentləri cənab İlham Əliyevin və cənab Emoməli Rəhmonun ciddi səyləri nəticəsində Azərbaycan-Tacikistan əlaqələri gündən günə inkişaf edir və əməkdaşlığın genişləndirilməsi üçün yaxşı potensial mövcuddur.

Səmimi qəbula görə təşəkkürünü ifadə edən səfir iki dövlət arasında əlaqələrin regionda sülhə və tərəqqiyə xidmət etdiyini və əlaqələrin inkişaf etdirilməsi üçün bundan sonra da səylərini əsirgəməyəcəyini bildirib.

Daha sonra hər iki dövlətin prokurorluq orqanları arasında əməkdaşlıq, cinayət işləri üzrə hüquqi yardım, ekstradisiya və sair məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. 

Son xəbərlər

Orphus sistemi