Zakir Qaralov: “Müsəlman dövlətlərinin siyasi sabitliyə, mənəvi həmrəyliyə və tərəfdaşlığa böyük ehtiyacı var”

Zakir Qaralov: “Müsəlman dövlətlərinin siyasi sabitliyə, mənəvi həmrəyliyə və tərəfdaşlığa böyük ehtiyacı var” Baş prokuror: “Bu da ölkələrin iqtisadi tərəfdən inkişafını labüd edir”
Xarici siyasət
6 İyun , 2017 10:37
Zakir Qaralov: “Müsəlman dövlətlərinin siyasi sabitliyə, mənəvi həmrəyliyə və tərəfdaşlığa böyük ehtiyacı var”
Report.az

Bakı. 6 iyun. REPORT.AZ/ “Müasir dövrdə müsəlman dövlətlərinin siyasi sabitliyə, mənəvi həmrəyliyə və tərəfdaşlığa böyük ehtiyacı var. Bu da ölkələrin iqtisadi tərəfdən inkişafını labüd edir”.

“Report” xəbər verir ki, bunu baş prokuror Zakir Qaralov Bakıda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Korrupsiyaya qarşı mübarizə təşkilatlarının rəhbərlərinin və Ombudsmanlarının 3-cü iclasında deyib.

Onun sözlərinə görə, İqtisadi Əməkdaşlıq Təşkilatının üzv ölkələri arasında iqtisadi əlaqələrin möhkəmləndirilməsi, eləcə də qarşıya qoyulan məqsədlərə tam nail olunması üçün hər cür şərait mövcuddur.  

Son xəbərlər

Orphus sistemi