Zakir Həsənov Rusiyanın müdafiə nazirinə başsağlığı verib

Zakir Həsənov Rusiyanın müdafiə nazirinə başsağlığı verib Nazir təyyarə qəzası xəbərindən sarsıldığını dilə gətirib
Xarici siyasət
25 Dekabr , 2016 20:19
Zakir Həsənov Rusiyanın müdafiə nazirinə başsağlığı verib

Bakı. 25 dekabr. REPORT.AZ/ Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Qara dənizdə "Tu-154" təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar rusiyalı həmkarı ordu generalı Sergey Şoyquya başsağlığı ünvanlayıb.

"Report" Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, nazir xəbərdən sarsıldığını dilə gətirib.

"Rusiyanın Müdafiə Nazirliyinə məxsus "Tu-154" təyyarəsinin qəzaya uğraması nəticəsində heyət üzvlərinin, hərbçilərin, Aleksandrov adına mahnı və rəqs ansamblının üzvləri və digər mülki şəxslərin faciəvi şəkildə həlak olmaları xəbəri məni dərindən sarsıtdı.

Baş vermiş hadisə ilə əlaqədar həlak olanların ailələrinə, doğmalarına, yaxınlarına dərin hüznlə başsağlığı verir və sizinlə birlikdə onların dərdlərinə şərik oluram", - deyə Z.Həsənov başsağlığı məktubunda bildirib.

Son xəbərlər

Orphus sistemi