Zakir Həsənov Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə müzakirələr aparıb

Zakir Həsənov Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə müzakirələr aparıb Nazir deyib ki, Azərbaycan qonşu və dost Gürcüstanla hərbi sahədə əməkdaşlığa böyük önəm verir
Xarici siyasət
16 Oktyabr , 2017 13:29
Zakir Həsənov Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə müzakirələr aparıb
Mod.gov.az

Tbilisi 16 oktyabr. REPORT.AZ/ Gürcüstanda səfərdə olan Azərbaycan müdafiə naziri, general- polkovnik Zakir Həsənov Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Vladimir Çaçibaia ilə görüşüb.

"Report" xəbər verir ki, V.Çaçibaia görüşdə Azərbaycan ilə Gürcüstan arasında dostluq və yaxın qonşuluq əlaqələrinin inkisaf etdiyini, silahlı quvvələr arasında da münasibətlərin daim genişləndiyini vurğulayıb. O, Azərbaycan hərbçilərinin təlimlərdə, təhsil və tədris proseslərində fəal iştirak etdiyini vurğulayıb. Baş Qərargah rəisi, ölkəsinin Azərbaycan ilə hərbi sahədə əməkdaşlıqda maraqlı olduğunu qeyd edib. V.Caçibaia Gürcüstanın Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyini xususi qeyd edib.

Azərbaycanın müdafiə naziri, iki ölkə arasındakı dostluq əlaqələrinin hərbi sahədə də münasibətlərin dərinləşməsində və möhkəmlənməsində mühüm rol oynadığını bildirib. Nazir deyib ki, Azərbaycan qonşu və dost Gürcüstanla hərbi sahədə əməkdaşlığa böyük önəm verir.

Sonra görüşdə qarsılıqli maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Gorüsdə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov iştirak edib.

Son xəbərlər

Orphus sistemi