Yuxarı

Zakir Həsənov Bolqarıstanın iqtisadiyyat naziri ilə görüşüb

Görüşdə iki ölkə arasında müxtəlif istiqamətlərdə olan məsələlər müzakirə olunub

Bakı. 30 sentyabr. REPORT.AZ/ Müdafiə naziri, general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Bolqarıstanın iqtisadiyyat naziri Bojidar Lukarskinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə “Report”a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Görüşdə Azərbaycan ilə Bolqarıstan arasında əməkdaşlıq münasibətlərinin dostluq və qarşılıqlı etimad şəraitində ilbəil uğurla inkişaf etdiyindən, o cümlədən hərbi sahədə də əlaqələrin genişləndirilməsindən məmnunluq ifadə olunub.

Qonaqlara regiondakı hərbi-siyasi vəziyyət barədə danışan müdafiə naziri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair ətraflı məlumat verib.

Bolqarıstanın iqtisadiyyat naziri də öz növbəsində ölkələr arasında qarşılıqlı maraq doğuran sahələrdə əlaqələrin inkişafından məmnunluğunu bildirib. Ölkələrin ənənəvi dostluq əlaqələrinə malik olmaqla yanaşı, Azərbaycanın həm də Bolqarıstanın mühüm strateji tərəfdaşı olduğunu vurğulayan B.Lukarski Bakıda keçirilən görüşlərin də bu əməkdaşlığa güclü təkan verəcəyinə əminliyini bildirib.

Görüşdə ölkələrimiz arasında müxtəlif istiqamətlərdə, o cümlədən hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın inkişaf etdirilməsi, habelə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi