Yuxarı

Zabit-əlaqələndirici: Cənubi Qafqaz regionu NATO üçün vacibdir

Uilyam Lahyu: Azərbaycan, Ermənistan, Gürcüstan - NATO ilə milli maraqlara əsaslanan möhkəm əlaqələrə malikdir

Bakı. 15 sentyabr. REPORT.AZ/ "Cənubi Qafqaz regionu NATO üçün vacibdir."

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu NATO-nun Cənubi Qafqaz ofisinin zabit-əlaqələndiricisi Uilyam Lahyu bildirib. 

O deyib ki, NATO-nun Cənubi Qafqazdakı əsas missiyası - sabitliyin qorunmasıdır, buna görə də Alyansın tərəfdaşları ilə münasibəti çox vacibdir. 

"Region ölkələri NATO ilə münasibətlərinin səviyyəsini özləri müəyyən edir. Azərbaycan, Ermənistan, Gürcüstan - NATO ilə milli maraqlara əsaslanan möhkəm əlaqələrə malikdir, lakin bu ölkələr münasibətlərin hansı səviyyədə olması barədə özləri qərar verir", - U.Lahyu vurğulayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi