Yuriy Kamelçuk: “Kiyev - Ankara - Bakı ittifaqı daha əhəmiyyətlidir”

Yuriy Kamelçuk: “Kiyev - Ankara - Bakı ittifaqı daha əhəmiyyətlidir” “Artıq həm rəsmi sənədlərdə, həm də Ukrayna Prezidentinin saytında Azərbaycan Türkiyə, Böyük Britaniya, ABŞ, Kanada, Almaniya, Fransa, Polşa, Gürcüstan və Litva ilə birlikdə strateji tərəfdaş kimi qeyd olunur".
Xarici siyasət
241
22 Sentyabr , 2021 14:34
Yuriy Kamelçuk: “Kiyev - Ankara - Bakı ittifaqı daha əhəmiyyətlidir”
Yuriy Kamelçuk

“Artıq həm rəsmi sənədlərdə, həm də Ukrayna Prezidentinin saytında Azərbaycan Türkiyə, Böyük Britaniya, ABŞ, Kanada, Almaniya, Fransa, Polşa, Gürcüstan və Litva ilə birlikdə strateji tərəfdaş kimi qeyd olunur. Ancaq bizi gah birləşdirən, gah da ayıran tarixi hadisələr nəzərə alınmaqla məhz Kiyev - Ankara - Bakı ittifaqı daha əhəmiyyətlidir”.

Bunu “Report”un Şərqi Avropa bürosuna açıqlamasında Ukrayna Ali Radasının (parlament) hakim “Xalqın xidmətçisi” partiyasından deputatı Yuriy Kamelçuk bildirib.

Onun sözlərinə görə, nəzərə almaq lazımdır ki, pandemiyaya baxmayaraq, ötən il Türkiyə və Ukrayna ticarət dövriyyəsini 4,7 milyard ABŞ dolları səviyyəsində saxlayıb:

“Bu ilin birinci rübündə isə ticarət dövriyyəsi 1,5 milyard ABŞ dolları təşkil edib və bu, ötən ilin analoji göstəricisi ilə müqayisədə 18 % çoxdur. Əlaqələrimizi hələ 30 il öncə qurduğumuz Azərbaycan barədə nəsə demək artıqdır. Ötən əsrin 90-cı illərinin ortalarında müstəqil Ukrayna tərəfindən ondan artıq hökumətlərarası saziş imzalanıb. Sazişlər həm azad ticarət, həm ticari-iqtisadi əməkdaşlıq, həm hava əlaqələri, həm sənaye əməkdaşlığı, həm də neft-qaz quyuları sahəsində əməkdaşlıqla bağlı idi. İndi əlavə stimul yaranıb: tərəfdaşlığımızı artırmaq fürsəti var. Yeri gəlmişkən, Prezident Zelenskinin strateji tərəfdaşlıq barədə bəyanatı həm dostlarımız, həm də düşmənlərimiz tərəfindən düzgün qiymətləndirilməlidir”.

Son xəbərlər

Orphus sistemi