Yunanıstanın yeni səfiri Azərbaycana sentyabrın sonlarında gələcək

Yunanıstanın yeni səfiri Azərbaycana sentyabrın sonlarında gələcək Səfir Nikos Kanellos: "Azərbaycana təyin olunmağımdan məmnunam"
Xarici siyasət
31 Avqust , 2017 11:52
Yunanıstanın yeni səfiri Azərbaycana sentyabrın sonlarında gələcək
Nikos Kanellos Facebook

Bakı. 31 avqust. REPORT.AZ/ Yunanıstanın Azərbaycana təyin etdiyi yeni səfiri Nikos Kanellos sentyabr ayının sonlarında Bakıya gələcək.

Bu barədə "Report"a səfir N.Kanellos məlumat verib.

Səfirin sözlərinə görə, o, bu vəzifəyə təyin olunmağından və Azərbaycanda Yunanıstanın maraqlarına xidmət edəcəyindən məmnundur.

Qeyd edək ki, N.Kanellos bu vəzifədə səfir Dimitrios Tsunqası əvəz edəcək. Onun əvvəlki iş yeri Yunanıstanın Vyetnamdakı səfiri vəzifəsi olub.

Son xəbərlər

Orphus sistemi