​Yunanıstanın XİN rəhbəri: "Biz Qarabağ münaqişəsinin həlli məsələsində Bakının mövqeyini dəstəkləyirik"

​Yunanıstanın XİN rəhbəri: "Biz Qarabağ münaqişəsinin həlli məsələsində Bakının mövqeyini dəstəkləyirik" "Yunanıstan Azərbaycanın tarixi tərəfdaşıdır"
Xarici siyasət
2 Fevral , 2016 22:20
​Yunanıstanın XİN rəhbəri: Biz Qarabağ münaqişəsinin həlli məsələsində Bakının mövqeyini dəstəkləyirik

Bakı. 2 fevral. REPORT.AZ/ "Yunanıstan Azərbaycanın tarixi tərəfdaşıdır. Biz bu ölkə ilə əməkdaşlığı yüksək səviyyədə inkişaf etdirə bildik".

"Report" xəbər verir ki, bunu Bakıda rəsmi səfərdə olan Yunanıstanın xarici işlər naziri Nikos Kotzias azərbaycanlı həmkarı Elmar Məmmədyarov ilə keçirdiyi birgə mətbuat konfransında bildirib.

"Aramızda məsafənin olmasına baxmayaraq, biz ikitərəfli əməkdaşlığı dərinləşdirmək niyyətindəyik", - deyə Yunanıstanın XİN rəhbəri qeyd edib.

O, həmkarı Elmar Məmmədyarovu Afinaya səfərə dəvət edib.

N. Kotzias energetika sahəsində əməkdaşlıq məsələsinə toxunub. Onun sözlərinə görə, TAP layihəsinin reallaşdırılması Azərbaycanın qazının Avropaya çatdırılmasında mühüm addımlardan biridir.

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini şərh edən XİN rəhbəri bildirib ki, Yunanıstan ATƏT-in Minsk qrupunun səylərini dəstəkləyir.

"Biz Bakının bu məsələdə tutduğu mövqeyini dəstəkləyirik", - deyə N.Kotzias diqqətə çatdırıb.

Son xəbərlər

Orphus sistemi