Yunanıstanın Azərbaycandakı səfirinin diplomatik missiyası başa çatıb

Yunanıstanın Azərbaycandakı səfirinin diplomatik missiyası başa çatıb Elmar Məmmədyarov Dimitrios Tsounqasa gələcək fəaliyyətində uğurlar arzulayıb
Xarici siyasət
28 İyul , 2017 16:59
Yunanıstanın Azərbaycandakı səfirinin diplomatik missiyası başa çatıb

Bakı. 28 iyul. REPORT.AZ/ Xarici işlər naziri Elmar Məmmədyarov Yunanıstanın Azərbaycandakı səfiri Dimitrios Tsounqası diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

Azərbaycan XİN-dən "Report"a verilən məlumata görə, Dimitrios Tsounqas diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib və Azərbaycan və Yunanıstan arasında mövcud olan dostluq münasibətlərinin daha da inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəmədiyini vurğulayıb.

Elmar Məmmədyarov Dimitrios Tsounqasa gələcək fəaliyyətində uğurlar arzulayıb.

Son xəbərlər

Orphus sistemi