Yuxarı

​Yohannes Han: "Cənub Qaz Dəhlizinin uğuru stabil, təhlükəsiz və inkişaf edən Azərbaycandan asılıdır"

Komissar bu layihənin Avropa İttifaqının həyatını canlandıracağına ümid etdiyini təkrar vurğulayıb

Bakı. 18 mart. REPORT.AZ/ Azərbaycanla əməkdaşlıq Avropa İttifaqının maraqları və dəyərləri ilə yan-yana getməlidir.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu Avropa İttifaqının qonşuluq və genişlənmə siyasəti üzrə komissarı Yohannes Han bu gün "Avronest" Parlament Assambleyasının İrəvanda keçirilən 4-cü sessiyasında bildirib.

"Biz yeni sənəd əsasında əlaqələrimizin bütün aspektlərini əhatə edən istiqamətdə tərəfdaşlarımızdan ideyalar gözləyirik ", - o bildirib.

Y.Han Rusiyadan yan keçəcək Cənub Qaz Dəhlizinin Avropa İttifaqının həyatını canlandıracağına ümid etdiyini təkrar vurğulayıb: "Bunun uğuru isə stabil, təhlükəsiz və inkişaf edən Azərbaycandan asılıdır".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi