​Yohannes Han: Aİ "Şərq tərəfdaşlığı" ölkələri ilə differensial yanaşma əsasında əməkdaşlığı davam etdirəcək

​Yohannes Han: Aİ "Şərq tərəfdaşlığı" ölkələri ilə differensial yanaşma əsasında əməkdaşlığı davam etdirəcək Komissar ərazi münaqişələri kimi çağırışlara müqavimət göstərməyin mühümlüyünü qeyd edib
Xarici siyasət
20 May , 2015 21:38
​Yohannes Han: Aİ Şərq tərəfdaşlığı ölkələri ilə differensial yanaşma əsasında əməkdaşlığı davam etdirəcək

Bakı. 20 may. REPORT.AZ/ "Avropa İttifaqı "Şərq tərəfdaşlığı"nın ötən sammitindən etibarən Azərbaycanla uğurlu strateji energetika tərəfdaşlığına başlayıb".

"Report" xəbər verir ki, bu barədə mətbuat konfransında Avropa İttifaqının (Aİ) Avropa qonşuluq siyasəti və genişləndirmə üzrə komissarı Yohannes Han "Şərq Tərəfdaşlığı" proqramının hər bir ölkə ilə münasibətdə uğurlarını və bu proqramın perspektivlərini şərh edərkən bildirib.

"Biz bu proqram başlayandan real nəticələr əldə etmişik. Biz Azərbaycanla uğurlu strateji energetika tərəfdaşlığına başlamışıq", - deyə Y.Han qeyd edib.

O söyləyib ki, "Şərq Tərəfdaşlığı" proqramı dinc əməkdaşlıq üçün meydançadır və hər hansı bir üçüncü tərəfə qarşı yönəlməyib.

Proqramın gələcək inkişafından danışan komissar qeyd edib ki, Aİ bundan sonra da sözügedən proqrama sadiq qalacaq.

O "Şərq Tərəfdaşlığı"na üzv ölkələrin suverenliyinə təhlükə və ərazi münaqişələri kimi çağırışlara müqavimət göstərməyin mühümlüyünü qeyd edib.

Y.Han bildirib ki, Aİ differensial yanaşma prinsipini nəzərə alaraq "Şərq Tərəfdaşlığı" ölkələri ilə əməkdaşlığı davam etdirəcək.

Xatırladaq ki, 21-22 may tarixlərində Riqada "Şərq Tərfədaşlığı"nın dördüncü sammiti keçiriləcək. Bu proqram Aİ-nin altı ölkə - Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova, Ukrayna və Belarus ilə yaxınlaşmasına yönəlib.

Son xəbərlər

Orphus sistemi