Yeni Zelandiya Azərbaycana yeni səfir təyin edib

Yeni Zelandiya Azərbaycana yeni səfir təyin edib Yeni Zelandiyanın Azərbaycana yeni təyin olunan səfiri Vendi Hinton etimadnaməsini Xarici İşlər Nazirliyinin (XİN) Protokol idarəsinin rəisi Ramil Rzayevə təqdim edib.
Xarici siyasət
155
11 İyun , 2021 13:55
Yeni Zelandiya Azərbaycana yeni səfir təyin edib

Yeni Zelandiyanın Azərbaycana yeni təyin olunan səfiri Vendi Hinton etimadnaməsini Xarici İşlər Nazirliyinin (XİN) Protokol idarəsinin rəisi Ramil Rzayevə təqdim edib.

“Report” xəbər verir ki, bunu diplomat tvitterdə yazıb.

“Səmimi söhbət üçün təşəkkür edirəm”, - o vurğulayıb.

Qeyd edək ki, Vendi Hinton, həmçinin Yeni Zelandiyanın Türkiyə, İsrail və İordaniyadakı səfiridir. O, əvvəllər Polşa və Ukraynada səfir olub.

Xatırladaq ki, V.Hintondan əvvəl Yeni Zelandiyanın Türkiyə, İsrail, İordaniya və Azərbaycandakı səfiri Conatan Karr (Jonathan Curr) olub.

Son xəbərlər

Orphus sistemi