Yeni Zelandiya səfiri Heydər Əliyev Mərkəzindən yazıb

Yeni Zelandiya səfiri Heydər Əliyev Mərkəzindən yazıb “Bakıda görməkdən zövq aldığım müasir memarlığın görkəmli nümunələrindən biri də britaniyalı-iraqlı memar Zaha Hədid tərəfindən layihələndirilmiş, son dərəcədə gözəl Heydər Əliyev Mərkəzidir”.
Xarici siyasət
18 İyun , 2021 14:29
Yeni Zelandiya səfiri Heydər Əliyev Mərkəzindən yazıb
Vendi Hinton

“Bakıda görməkdən zövq aldığım müasir memarlığın görkəmli nümunələrindən biri də britaniyalı-iraqlı memar Zaha Hədid tərəfindən layihələndirilmiş, son dərəcədə gözəl Heydər Əliyev Mərkəzidir”.

“Report” xəbər verir ki, bunu Yeni Zelandiyanın Azərbaycandakı səfir Vendi Hinton tvitterdə yazıb.

Qeyd edək ki, Heydər Əliyev Mərkəzi Azərbaycanın paytaxtı Bakı şəhərində, Heydər Əliyev prospektində inşa edilmiş araşdırma və beynəlxalq dialoq mərkəzidir. Mərkəz böyük bir kompleksdən ibarət olmaqla özündə iri konqres zalı, Heydər Əliyev Muzeyi, sərgi salonları, adminstrativ ofisləri birləşdirir. Mərkəz Azərbaycanın ümummilli lideri Heydər Əliyevin adını daşıyır. Mərkəzin layihəsini 2007-ci ildə məşhur memar Zaha Hadid hazırlayıb. Mərkəz müasir Bakının simvollarından biri hesab edilir.

Son xəbərlər

Orphus sistemi