Yeni təyin olunan səfir ABŞ və Azərbaycan əməkdaşlığının əsas prioritetlərindən danışıb

Yeni təyin olunan səfir ABŞ və Azərbaycan əməkdaşlığının əsas prioritetlərindən danışıb Sekuta: "Mən Azərbaycana getməyimi səbirsizliklə gözləyirəm"
Xarici siyasət
10 Fevral , 2015 17:08
Yeni təyin olunan səfir ABŞ və Azərbaycan əməkdaşlığının əsas prioritetlərindən danışıb

Bakı. 10 fevral. REPORT.AZ/ "Mən Azərbaycana getməyimi səbirsizliklə gözləyirəm". "Report" xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycana yeni təyin olunan səfiri Robert Sekuta  Bakıya gəlməzdən öncə ABŞ səfirliyi tərəfindən yayılan videoyazısında bildirib. 

Çarxı dinləyəcək auditoriyaya Azərbaycan dilində müraciət edən səfir qeyd edib ki, Azərbaycan 1991-ci ildə müstəqillik qazandıqdan sonra ABŞ bu ölkə ilə hərtərəfli və dərin əməkdaşlıq əlaqələri qurub. O vurğulayıb ki, ölkələrimizi ümumi məqsədlər bağlayır. R.Sekuta ölkələrimiz arasında əməkdaşlığın üç prioritet istiqamətini qeyd edib və  öz səlahiyyətlərini yerinə yetirməyə başladığı andan bu sahədə çalışaraq,  onları möhkəmləndirmək niyyətində olduğunu bildirib. "Regional təhlükəsizlik və iqtisadi inkişaf, xüsusilə də gənclərin işlə təmin olunması bizim iki əsas prioritetimizdir. Üçüncüsu isə demokratik inkişafdır. Bunların hər üçü Azərbaycanın sabitliyi üçün olduqca vacıbdir", - səfir vurğulayıb. 

R.Sekuta həmçinin sadə insanlar arasında əlaqələrin möhkəmləndirilməsinin əhəmiyyətini də vurğulayıb. "Biz öz ölkələrimizi daha da yaxınlaşdıra bilərik", - ABŞ səfiri bildirib. 

Xatırladaq ki, Robert Sekuta Azərbaycana fevralın 12-də gələcək. 

Son xəbərlər

Orphus sistemi