Yəməndən təxliyə edilən Azərbaycan vətəndaşları Moskvaya çatdırılıb

Yəməndən təxliyə edilən Azərbaycan vətəndaşları Moskvaya çatdırılıb Təyyarə Moskva ətrafındakı Çkalovsk hava limanında enib
Xarici siyasət
13 Aprel , 2015 15:29
Yəməndən təxliyə edilən Azərbaycan vətəndaşları Moskvaya çatdırılıb

Bakı. 13 aprel. REPORT.AZ/ Yəməndən təxliyə edilmiş Azərbaycan vətəndaşları Moskvaya çatdırılıb. "Report" "TASS"a istinadən xəbər verir ki, Yəməni məcburi tərk edən Rusiya və MDB-nin digər ölkələrindən olan vətəndaşlarını gətirən təyyarə bu gün Moskva ətrafındakı Çkalovsk aerodromuna enib.

Təyyarədə 140-a yaxın vətəndaş olub, onları Yəməndən Cibutiyə RF Hərbi-Dəniz Donanmasına məxsus "Priazovye" gəmisi gətirib. 

Tu-154 təyyarəsi Moskvaya Rusiya, Ukrayna, Yəmən, Estoniya, Özbəkistan, Türkmənistan, Belarus, Somali və 6 Azərbaycan vətəndaşını gətirib. 

Yəməndən gələnlər tibbi yoxlamadan, pasport və gömrük nəzarətindən keçiriləcək, daha sonra onlar avtobuslarla Rusiya Xarici İşlər Nazirliyinin təxliyə məntəqəsinə aparılacaqlar. XİN-də artıq onları xarici dövlətlərin nümayəndələri gözləyir, yoluna davam edənləri isə Moskva hava limanlarına apacaqlar. 

Son xəbərlər

Orphus sistemi