​Yekaterinburqda  IX Azərbaycan-Rusiya regionlararası forum keçiriləcək

​Yekaterinburqda  IX Azərbaycan-Rusiya regionlararası forum keçiriləcək Forumda sənaye, kənd təsərrüfatı, nəqliyyat, turizm sahələrində ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi məsələləri müzakirə olunacaq
Xarici siyasət
29 Sentyabr , 2015 12:21
​Yekaterinburqda  IX Azərbaycan-Rusiya regionlararası forum keçiriləcək

Bakı. 29 sentyabr. REPORT.AZ/ Sentyabrın 30-da Yekaterinburqda dövlət qurumları, regional hakimiyyət orqanları nümayəndələri, millət vəkilləri, ekspertlər və iş adamları, media, həmçinin iki ölkənin qeyri-hökumət təşkilatları nümayəndələrinin iştirakı ilə Azərbaycan-Rusiya regionlararası IX forum işə başlayacaq. Bu barədə "Report" Rusiya KİV-lərinə istinadən xəbər verir.

Forumun gedişində iki ölkənin regionları arasında sənaye, kənd təsərrüfatı, nəqliyyat, turizm sahəsində əməkdaşlıq, eləcə də Rusiya və Azərbaycan arasında humanitar əlaqələrin inkişafı və dərinləşdirilməsi məsələləri müzakirə olunacaq.

Təşkilatçıların məlumatına görə, builki forumun yalnız plenar iclasında iştirak edəcək nümayəndələrin sayı 1200 nəfərə çatacağı planlaşdırılır.

Tədbirdə Rusiya prezidentinin Xarici ölkələrlə regionlararası və mədəni əlaqələr idarəsinin rəhbəri Vladimir Çernov, Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Rusiyanın Bakıdakı səfiri Vladimir Doroxin, Azərbaycanın Moskvadakı səfiri Polad Bülbüloğlu, Sverdlovsk vilayətinin qubernatoru Yevgeni Kuyvaşev, eləcə də bir sıra digər Rusiya və Azərbaycan regionlarının rəhbərləri iştirak edəcəklər.

Qeyd edək ki, Rusiya-Azərbaycan forumları 2010-cu ildən, növbə ilə Azərbaycan və Rusiyada keçirilir. Bu forumlar Volqoqrad, Həştərxan, Qəbələ və iki dəfə Bakıda baş tutub. 

Son xəbərlər

Orphus sistemi