Prezident İlham Əliyev: "Yəhudi icması ölkənin inkişafına çox böyük töhfələr verir"

Prezident İlham Əliyev: "Yəhudi icması ölkənin inkişafına çox böyük töhfələr verir" Benyamin Netanyahu: "Yəhudilər özlərini burada çox rahat hiss edirlər"
Xarici siyasət
13 Dekabr , 2016 18:11
Prezident İlham Əliyev: Yəhudi icması ölkənin inkişafına çox böyük töhfələr verir

Bakı. 13 dekabr. REPORT.AZ/ "Yəhudi icması bizim cəmiyyətimizin çox fəal hissəsidir və ölkənin inkişafına çox böyük töhfələr verir. Bu, həqiqətən də ikitərəfli münasibətlərimizdə çox mühüm amildir".

"Report" xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu ilə təkbətək görüşündə bildirib. 

"Cənab baş nazir, Azərbaycana xoş gəlmisiniz. Sizi görməyimə çox şadam. İkinci dəfədir Azərbaycandasınız. Əminəm ki, səfər çox məhsuldar olacaq, münasibətlərimizi gücləndirəcək. Biz yanvarda Davosda görüşdük, indi isə Bakıda görüşürük. Əminəm ki, səfəriniz xoş keçəcək", - Prezident İlham Əliyev vurğulayıb.  

B.Netanyahu isə qeyd edib ki, Azərbaycan ilə İsrail arasında, Azərbaycan xalqı ilə yəhudi xalqı arasında möhkəm münasibətlər, yaxın dostluq var: "İkinci dəfə burada olmağıma şadam. Siz tolerantlıq, inklüzivlik ənənəsini qoruyub saxlamısınız. Yəhudilər özlərini burada çox rahat hiss edirlər. Sizinlə bizim aramızda ortaq dəyərlər var. Azərbaycanda yaşayan minlərlə yəhudi xalqlarımız arasında körpü rolunu oynayır. Ona görə də bizim müzakirə ediləsi çox məsələlərimiz var. Mən xalqlarımızın rifahının artırılması, hökumətlərimiz arasında bir çox sahələrdə - ticarət, texnologiya sahələrində əməkdaşlığın genişləndirilməsinin müzakirə olunmasını səbirsizliklə gözləyirəm".

Son xəbərlər

Orphus sistemi