Yedditəpə Universitetinin müəllimi: “Ərdoğanın Nyu-Yorkda “Qarabağ Azərbaycandır” deməsi Türkiyənin əhəmiyyətli mövqeyidir”

Yedditəpə Universitetinin müəllimi: “Ərdoğanın Nyu-Yorkda “Qarabağ Azərbaycandır” deməsi Türkiyənin əhəmiyyətli mövqeyidir” Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Nyu-Yorkda BMT Baş Assambleyasının 78-ci sessiyasında “Qarabağ Azərbaycandır” ifadəsini xüsusilə vurğulaması Ankaranın xarici siyasətinin əhəmiyyətli mövqeyidir.
Xarici siyasət
19 Sentyabr , 2023 22:51
Yedditəpə Universitetinin müəllimi: “Ərdoğanın Nyu-Yorkda “Qarabağ Azərbaycandır” deməsi Türkiyənin əhəmiyyətli mövqeyidir”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Nyu-Yorkda BMT Baş Assambleyasının 78-ci sessiyasında “Qarabağ Azərbaycandır” ifadəsini xüsusilə vurğulaması Ankaranın xarici siyasətinin əhəmiyyətli mövqeyidir.

“Report”un Türkiyə bürosu xəbər verir ki, bunu “HaberGlobal”ın “Neden?” proqramında çıxış edən Yedditəpə Universitetinin müəllimi Deniz Tansi bildirib.

O deyib ki, Ərdoğanın BMT kimi nüfuzlu beynəlxalq təşkilatda Azərbaycanın haqlı mübarizəsini, apardığı antiterror əməliyyatını dəstəkləməsi və Ermənistanın addımlarını şiddətlə qınaması Türkiyənin ədalətli mövqeyinin və qətiyyətinin daha bir nümunəsidir:

“Ərdoğanın mühüm bir beynəlxalq toplantıda dünyanın diqqətini Azərbaycanın ərazi bütövlüyünü qorumasına, Ermənistanın haqsız davranışlarına yönəltməsi son dərəcə anlamlı və mühüm ismarışlar idi”.

Son xəbərlər

Orphus sistemi