Yaqub Eyyubov Moskvada MDB İqtisadi Şurasının iclasında iştirak edib

Yaqub Eyyubov Moskvada MDB İqtisadi Şurasının iclasında iştirak edib Moskva. 15 dekabr. REPORT.AZ/ Rusiyanın paytaxtı Moskvada MDB-nin İqtisadi Şurasının 76-cı iclası keçirilib.
Xarici siyasət
15 Dekabr , 2017 15:50
Yaqub Eyyubov Moskvada MDB İqtisadi Şurasının iclasında iştirak edib
Report

Moskva. 15 dekabr. REPORT.AZ/ Rusiyanın paytaxtı Moskvada MDB-nin İqtisadi Şurasının 76-cı iclası keçirilib.

"Report"un Rusiya bürosunun məlumatına görə, Azərbaycanı iclasda Baş nazirin birinci müavini Yaqub Eyyubov təmsil edib.

Görüş iştirakçıları MDB-yə üzv dövlətlərin 2020-ci ilə qədər olan müddətdə Dövlətlərarası İnnovativ Əməkdaşlıq Proqramı çərçivəsində dövlətlərarası innovasiya layihələri və tədbirləri, eləcə də onların həyata keçirilməsi nəticəsində yaradılmış əqli mülkiyyət hüquqlarının maliyyələşdirilməsi məsələsini nəzərdən keçiriblər.

MDB İqtisadi Şurasının üzvləri həmçinin təşkilata üzv dövlətlərin elektron və elektrik avadanlıqları tullantılarının təmizlənməsi sahəsində əməkdaşlığı haqqında saziş layihəsini təsdiqləyib.

Tərəflər eyni zamanda dəmir yolu xətlərində razılaşdırılmış tarifin müəyyənləşdirilməsi, eləcə də bir sıra büdcə-maliyyə və təşkilati məsələləri müzakirə ediblər.

Son xəbərlər

Orphus sistemi