Yaponiyalı deputatlar Qarabağ münaqişəsi zonasında zorakılığın artmasından narahatdır

Yaponiyalı deputatlar Qarabağ münaqişəsi zonasında zorakılığın artmasından narahatdır Səfir Gürsel İsmayılzadə Yaponiya - Azərbaycan parlamentlərarası dostluq qrupu üzvlərinin illik görüşündə iştirak edib
Xarici siyasət
19 Aprel , 2016 13:34
Yaponiyalı deputatlar Qarabağ münaqişəsi zonasında zorakılığın artmasından narahatdır

Bakı. 19 aprel. REPORT.AZ/ Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə Yaponiya - Azərbaycan parlamentlərarası dostluq qrupu üzvlərinin illik görüşündə iştirak edib.

Azərbaycanın Yaponiyadakı səfirliyindən "Report"a verilən məlumata görə, görüşdə yaponiyalı parlamentarilərdən Kenji Kosaka, Yoşio Moçikuzi, Akihiro Ohata, Şinkun Haku, Masahiro İmamura, İçiro Aisava, eləcə də Yaponiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndələri iştirak edib.

Görüşdə G.İsmayılzadə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövcud vəziyyət barədə məlumat verib. O, görüş iştirakçılarını dinc Azərbaycan əhalisinə qarşı erməni təcavüzü haqqında məlumatlandırıb. Səfir Dağlıq Qarabağ münaqişəsinin yalnız Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll edilə biləcəyini qeyd edib.

Yaponiyalı parlamentarilər qoşunların təmas xəttində zorakılığın artması ilə bağlı narahatlığını bildirib və münaqişənin tezliklə həll ediləcəyinə ümid etdiklərini qeyd ediblər. Yaponiyalı deputatlar, həmçinin iki ölkə arasında iqtisadi və mədəni sahələrdə əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayıb.

Son xəbərlər

Orphus sistemi