Yuxarı
    Bağlamaq

    Yaponiya səfiri Azərbaycan QHT-ləri ilə üç layihə üzrə saziş imzalayıb

    Saziş Ağsu, Şamaxı və Lənkəran rayonlarında su təchizatı sisteminin yaxşılaşdırılmasını nəzərdə tutur

    Bakı. 27 fevral. REPORT.AZ/ Yaponiyanın Azərbaycandakı səfiri Tsuquo Takahaşi Azərbaycanın qeyri-hökumət təşkilatlarının (QHT) rəhbərləri ilə "Ot kökləri və İnsan Təhlükəsizliyi" proqramının inkişaf layihələri üzrə saziş imzalayıb.

    "Report" xəbər verir ki, saziş Ağsu, Şamaxı və Lənkəran rayonlarında su təchizatı və kanalizasiya sisteminin yaxşılaşdırılmasını nəzərdə tutur.

    Səfir imzalama mərasimində bildirib ki, "Ot kökləri və İnsan Təhlükəsizliyi" proqramı çərçivəsində güzəştli kreditlərin verilıməsi dağlıq ərazilərdə və sudan məhrum ərazilərdə su təchizatı sisteminin təkmilləşdirilməsinə kömək edəcək.

    Azərbaycanın "Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqası" QHT-nin sədri Sahib Məmmədov Azərbaycan tərəfinin yapon xalqının ölkənin inkişafına töhfəsini yüksək qiymətləndirib. QHT rəhbəri bu layihələrin sayəsində 500 nəfərlik say tərkibinə malik 200-dən çox ailənin su əldə edəcəyini vurğulayıb.

    Qeyd edək ki, layihələr üzrə saziş "Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqası", "Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiəsi Mərkəzi" və "Qlobal humanitar təşkilat" QHT-lərin rəhbərləri tərəfindən imzalanıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi