Yaponiyaya getmək arzusunda olan Azərbaycan vətəndaşları üçün viza tələbləri bu ildən sadələşdiriləcək

Yaponiyaya getmək arzusunda olan Azərbaycan vətəndaşları üçün viza tələbləri bu ildən sadələşdiriləcək Sadələşdirilmiş qaydalar 2017-ci ilin dekabrın 1-dən qüvvəyə minəcək
Xarici siyasət
3543
15 Sentyabr , 2017 11:02
Yaponiyaya getmək arzusunda olan Azərbaycan vətəndaşları üçün viza tələbləri bu ildən sadələşdiriləcək

Bakı. 15 sentyabr. REPORT.AZ/ Yaponiyaya getmək arzusunda olan Azərbaycan vətəndaşları üçün viza tələbləri sadələşdiriləcək.

Azərbaycanın Yaponiyadakı səfirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, sadələşdirilmiş qaydalar 2017-ci ilin dekabrın 1-dən qüvvəyə minəcək.

Belə ki, Yaponiyaya işgüzar, mədəniyyət və ya təhsil almaq məqsədilə getmək istəyən Azərbaycan vətəndaşları bu ölkəyə qısa müddətli səfərlər üçün girişlərin sayı artırılacaq və vizanın etibarlılıq müddəti 3 ildən 5 ilə qədər uzadılacaq.

Bundan başqa əgər viza alınması üçün işdən və ya sponsordan arayış gərəkli idisə, bundan sonra Yaponiyaya səyahət edən Azərbaycan vətəndaşı öz səfərini şəxsən ödəyəcəyi halda bu arayışa ehtiyac duyulmayacaq.

Məlumata əsasən, yeni qaydalar Azərbaycanla Yaponiya arasında insanların əlaqələrin artırılması və turistlərlə iş adamların rahat Yaponiyaya getməsinin rahatlaşdırmasına yönəlib.

Əlavə məlumatlar Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən elan olunacaq.

Qeyd edək ki, sentyabrın 14-də Bakıda Azərbaycan hökuməti və Yaponiya hökuməti arasında diplomatik pasportlara malik olan vətəndaşların viza tələblərindən azad olunması haqqında notalar mübadiləsi həyata keçirilib. Tədbir zamanı Azərbaycanda səfərdə olan Yaponiyanın xarici işlər nazirinin parlament məsələləri üzrə müavini Manabu Horii adi pasport sahibləri üçün viza rəsmiləşdirilməsi prosedurasının sadələşdirilməsi niyyətini ifadə edilib.

Son xəbərlər

Orphus sistemi