Yuxarı

Yaponiya 2011-ci ildəki zəlzələnin fəsadlarının aradan qaldırılmasında göstərdiyi köməyə görə Azərbaycana təşəkkür edib

Azərbaycanın Yaponiyadakı səfiri bu ölkənin yenidənqurma naziri ilə görüşüb

Bakı. 7 sentyabr. REPORT.AZ/ Azərbaycanın Yaponiyadakı səfiri  Gürsəl İsmayılzadə yenidənqurma naziri Masahiro İmamura ilə görüş keçirib. 

Azərbaycanın Yaponiyadakı səfirliyindən "Report"a bildiriblər ki, görüşdə ikitərəfli münasibətlərin cari səviyyəsi və Azərbaycandakı vəziyyət müzakirə olunub. 

Görüş zamanı nazir Yaponiyada 2011-ci ilin mart ayında baş verən zəlzələnin fəsadlarının aradan qaldırılmasında göstərdiyi maliyyə yardımına görə, Azərbaycana təşəkkür edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi