YAP-da Yaponiya Liberal Demokrat Partiyasının nümayəndə heyəti ilə görüş keçirilib

YAP-da Yaponiya Liberal Demokrat Partiyasının nümayəndə heyəti ilə görüş keçirilib Azərbaycanla Yaponiya arasında çoxtərəfli əməkdaşlıq münasibətlərinin inkişafından bəhs olunub
Xarici siyasət
5 May , 2016 14:41
YAP-da Yaponiya Liberal Demokrat Partiyasının nümayəndə heyəti ilə görüş keçirilib

Bakı. 5 may. REPORT.AZ/ Yeni Azərbaycan Partiyasının (YAP) mənzil-qərargahında baş nazirin müavini, YAP sədrinin müavini - icra katibi Əli Əhmədov Azərbaycanda səfərdə olan Yaponiya Liberal Demokrat Partiyasının Beynəlxalq əlaqələr bürosunun baş direktoru, Nümayəndələr Palatasının üzvü Kazunori Tanakanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Bu barədə "Report"a YAP-ın mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, görüşdə YAP ilə Liberal Demokrat Partiyası arasında əlaqələrin inkişaf perspektivlərindən, eləcə də Azərbaycan ilə Yaponiya arasında çoxtərəfli əməkdaşlıq münasibətlərinin inkişafından bəhs olunub. YAP sədrinin müavini Əli Əhmədov Yaponiya nümayəndə heyətinin Azərbaycana səfərinin iki ölkə arasında əlaqələrin daha da inkişafına təkan verəcəyini bildirib. Öz növbəsində qonaqlar Yaponiyanın mühüm geosiyasi məkanda yerləşən Azərbaycanla parlamentlərarası əlaqələrinin, siyasi, iqtisadi əməkdaşlığının daha da inkişafında, eləcə də Yaponiya şirkətlərinin Azərbaycanın həyata keçirdiyi iqtisadi layihələrdə iştirakının genişləndirilməsində maraqlı olduğunu bildiriblər.

YAP sədrinin müavini Əli Əhmədov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə də məlumat verərək Azərbaycanın konfliktin ərazi bütövlüyü çərçivəsində ədalətli həllinə çalışdığını bildirib. Yaponiya nümayəndə heyətinin rəhbəri K.Tanaka son zamanlar cəbhə xəttində yaranan gərginlik nəticəsində həlak olanların yaxınlarının kədərini bölüşdüyünü qeyd edərək münaqişənin ATƏT-in Minsk qrupunun fəaliyyəti çərçivəsində tezliklə həll olunacağına ümidini ifadə edib.

Görüşdə YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov, YAP İcra katibliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri, Milli Məclisin deputatı Sevinc Fətəliyeva, eləcə də Liberal Demokrat Partiyasının Beynəlxalq əlaqələr bürosunun fəaliyyətdə olan Baş direktoru, Nümayəndələr Palatasının üzvü Daişiro Yamagiva, Liberal Demokrat Partiyasının İnformasiya Bürosunun Baş direktor müavini, Nümayəndələr Palatasının üzvü Yasumasa Naqasaka, Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Tsuquo Takahaşi və Yaponiya səfirinin birinci katibi Ko Obata da iştirak ediblər.

Son xəbərlər

Orphus sistemi