XİN: "Azərbaycanı etnik təmizləmə siyasəti həyata keçirməkdə təqsirləndirmək absurddur"

XİN: "Azərbaycanı etnik təmizləmə siyasəti həyata keçirməkdə təqsirləndirmək absurddur" Azərbaycan tərəfinin bölgədə etnik təmizləmə siyasəti həyata keçirməkdə təqsirləndirilməsi absurddur.
Xarici siyasət
31 Avqust , 2023 14:29
XİN: Azərbaycanı etnik təmizləmə siyasəti həyata keçirməkdə təqsirləndirmək absurddur

Azərbaycan tərəfinin bölgədə etnik təmizləmə siyasəti həyata keçirməkdə təqsirləndirilməsi absurddur.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistanın baş naziri Nikol Paşinyanın avqustun 31-də hökumətin iclasında çıxışı zamanı səsləndirdiyi iddialara cavabında qeyd olunub.

"Laçın yolunun birtərəfli qaydada açılması və erməni sakinlərin qovulması planları barədə iddiaya gəldikdə bildirmək istərdik ki, hal-hazırda erməni sakinlərin Laçın sərhəd buraxılış məntəqəsindən hər iki istiqamətdə keçidinə şərait yaradılır",- XİN-dən vurğulanıb.

Bildirilib ki, görünür, 30 ilə yaxın müddətdə nəinki işğal etdiyi Azərbaycan ərazilərindən, hətta 1980-ci illərin sonunadək indiki Ermənistan ərazisində yaşayan azərbaycanlılara qarşı soyqırımı, kütləvi qırğınlar və etnik təmizləmə həyata keçirən Ermənistan tərəfi hər bir dövlətin eyni yanaşma tətbiq etdiyini və eyni anlayışa sahib olduğunu düşünür:

"Ümidvarıq ki, Ermənistan tərəfi post-münaqişə dövründə bölgədə formalaşmış reallıqları düzgün qiymətləndirəcək və sülhün bərqərar olunması üçün Azərbaycanla danışıqlarda konstruktiv mövqe sərgiləyəcək".

Son xəbərlər

Orphus sistemi