Xorvatiya Prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb

Xorvatiya Prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb Kolinda Qrabar-Kitaroviçi Yaqub Eyyubov, Nadir Hüseynov və digər rəsmi şəxslər yola salıblar
Xarici siyasət
25 Oktyabr , 2016 17:09
Xorvatiya Prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb

Bakı. 25 oktyabr. REPORT.AZ/ Xorvatiya Respublikasının Prezidenti xanım Kolinda Qrabar-Kitaroviçin Azərbaycan Respublikasına rəsmi səfəri oktyabrın 25-də başa çatıb.

“Report”un xəbərinə görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Xorvatiya Prezidenti Kolinda Qrabar-Kitaroviçi hava limanında Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Nadir Hüseynov və digər rəsmi şəxslər yola salıblar.

Son xəbərlər

Orphus sistemi