Xorvatiya prezidenti Azərbaycana rəsmi səfərə gəlib

Xorvatiya prezidenti Azərbaycana rəsmi səfərə gəlib Kolinda Qrabar-Kitaroviçi hava limanında Azərbaycan rəsmiləri qarşılayıblar
Xarici siyasət
23 Oktyabr , 2016 19:05
Xorvatiya prezidenti Azərbaycana rəsmi səfərə gəlib

Bakı. 23 oktyabr. REPORT.AZ/ Xorvatiya Respublikasının prezidenti xanım Kolinda Qrabar-Kitaroviç oktyabrın 23-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

"Report" xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Xorvatiya prezidenti Kolinda Qrabar-Kitaroviçi hava limanında Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Nadir Hüseynov və digər rəsmi şəxslər qarşılayıblar.

Son xəbərlər

Orphus sistemi