Brüssel. 24 noyabr. REPORT.AZ/ "Xorvatiya Azərbaycanla iqtisadi əlaqələri inkişaf etdirmək niyyətindədir."
Bu barədə "Report"a Xorvatiyanın Baş naziri Andrey Plenkoviç bildirib.
Onun sözlərinə görə, Xorvatiyanın baş nazirinin müavini noyabrın 27-də Azərbaycana səfər edəcək.
"Səfərin məqsədi ölkələrimiz arasında ikitərəfli iqtisadi əlaqələrin inkişafı, ticarət və investisiyaların həcminin artırılmasıdır", - A.Plenkoviç deyib.