Xorvatiya Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminində xüsusi rol oynadığını bildirib

Xorvatiya Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminində xüsusi rol oynadığını bildirib Nazir Elmar Məmmədyarov Xorvatiya baş nazirinin birinci müavinini qəbul edib
Xarici siyasət
30 Oktyabr , 2014 16:26
Xorvatiya Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminində xüsusi rol oynadığını bildirib

Bakı. 30 oktyabr. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Xorvatiya baş nazirinin birinci müavini, xarici və Avropa işləri üzrə naziri Vesna Pusiçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Azərbaycan XİN mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Azərbaycanla Xorvatiya arasında sıx münasibətlərin olduğunu bildirən Elmar Məmmədyarov əlaqələrin cari durumunu yüksək qiymətləndirib. 

Ölkənin Avropanın enerji təhlükəsizliyinin təminində xüsusi rol oynadığını bildirən Vesna Pusiç Xorvatiyanın Azərbaycan ilə enerji sektoru sahəsində əməkdaşlıqla maraqlı olduğunu bildirib. Vesna Pusiç iki ölkənin bir sıra sahələrdə, xüsusilə gəmiqayırma sahəsində uğurlu əməkdaşlıq etdiyini qeyd edib.

Dağlıq Qarabağ münaqişəsi və danışıqlar prosesi haqqında məlumat verən nazir Elmar Məmmədyarov Xorvatiyanın münaqişə ilə bağlı BMT Nizamnaməsinə və beynəlxalq hüquqa əsaslanan mövqeyinin yüksək qiymətləndirildiyini deyib.