Xocalı soyqırımı qurbanlarının xatirəsi Belçikada anılıb

Xocalı soyqırımı qurbanlarının xatirəsi Belçikada anılıb Mərasim iştirakçıları Xocalı qurbanlarına Allahdan rəhmət diləyib, abidənin önünə əklil dəstələri qoyublar
Xarici siyasət
26 Fevral , 2017 16:24
Xocalı soyqırımı qurbanlarının xatirəsi Belçikada anılıb

Bakı. 26 fevral. REPORT.AZ/ Belçikada Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.

Azərbaycan Respublikasının Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı Səfirliyindən "Report"a verilən məlumata görə, Vaterlo şəhərində Azərbaycanın görkəmli şairi Xurşidbanu Natavanın abidəsinin önündə təşkil edilən tədbirdə Azərbaycan Respublikasının Belçikadakı Səfirliyi və NATO yanında nümayəndəliyinin əməkdaşları, Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Benelux ofisinin və Belçikada yaşayan Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.

Tədbir zamanı çıxış edən Azərbaycanın NATO yanında nümayəndəliyinin rəhbəri, səfir Xəzər İbrahim Xocalı soyqırımının Ermənistanın Azərbaycan torpaqlarına təcavüzü nəticəsində törədilmiş ən böyük qətliam olduğunu diqqətə çatdırıb və 26 fevral gününün Azərbaycan tarixinə ən unudulmaz və ən ağrılı hadisələrindən biri kimi həkk olunduğunu vurğulayıb. O, 25 il öncə şəhid olmuş həmvətənlərimizin xatirəsinin xalqımızın yaddaşında əbədi olaraq yaşayacağını bildirib.

Sonda mərasim iştirakçıları Xocalı faciəsi qurbanlarına Allahdan rəhmət diləyib, abidənin önünə əklil dəstələri qoyublar.

Son xəbərlər

Orphus sistemi