XİN sözçüsü: “İndiyədək Türkiyədən Azərbaycana 205 vətəndaşımız təxliyə olunub”

XİN sözçüsü: “İndiyədək Türkiyədən Azərbaycana 205 vətəndaşımız təxliyə olunub” “Zəlzələ baş verən gündən indiyədək Türkiyədən Azərbaycana 205 nəfər vətəndaşımız təxliyə olunub”.
Xarici siyasət
8 Fevral , 2023 14:15
XİN sözçüsü: “İndiyədək Türkiyədən Azərbaycana 205 vətəndaşımız təxliyə olunub”
Ayxan Hacızadə

“Zəlzələ baş verən gündən indiyədək Türkiyədən Azərbaycana 205 nəfər vətəndaşımız təxliyə olunub”.

Bunu “Report”a açıqlamasında Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib.

O bildirib ki, təxliyə prosesi avtobuslarla həyata keçirilir: “Hər şəhərdə səfirliyimizin nümayəndələri var. Səfirliyin veb-saytındakı nömrələrlə əlaqə saxlamaqla Türkiyədən təxliyə olunmaq mümkündür. Bundan başqa, şəhərlərdə Azərbaycan Fövqəladə Hallar Nazirliyinin təmsilçiləri də var. Vətəndaşlarımız onlara müraciət etməklə də təxliyə oluna bilərlər”.

Qeyd edək ki, fevralın 6-da Türkiyədə 7,7 maqnitudalı zəlzələ olub. Son məlumatlara görə, nəticədə 7 108 nəfər ölüb, 40 910 nəfər yaralanıb.

Dağıdıcı zəlzələ Türkiyənin 10 vilayətində 13,5 milyon insana təsir göstərib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib.

Bundan başqa, ölkənin zəlzələ baş verən 10 əyalətində 3 aylıq fövqəladə vəziyyət elan olunub.

Son xəbərlər

Orphus sistemi